Məşhur konkisürən Azərbaycan millisinə qoşulur?

Amerikalı jurnalist Nolan Karni rusiyalı fiqurlu konkisürən Alyena Kostornayanın zədələnməsində maraqlı səbəb görüb. Allsport.az xəbər verir ki, bir müddət əvvəl Kostornaya ciddi xəstəlikdən əziyyət çəkdiyini, ona görə Georgi Kunitsa ilə duetinin bu mövsüm çox hissəsini buraxacağını açıqlamışdı:


“Sınaq konkilərindən sonra Alyena duetlərinin karyeralarında mühüm mərhələyə çatdığını, ciddi qərar verməli olduqlarını söylədi. Ola bilsin ki, nəyəsə işarə edirdi. İndi o, xəstəxanadadır. Bəlkə də bu başqa ölkəyə köçmək üçün bəhanədir. Sübutum olmasa da, Alyenanın Azərbaycan millisinə qoşulmaq istəməsi ilə bağlı xəbərlər eşitmişəm.

Və əgər o, bu payızı xəstəlik bəhanəsiylə buraxsa, Rusiya fiqurlu konkisürmə federasiyasından ayrılaraq xarici vətəndaşlıq almağa çalışacaq” – Karni yutubda təqdim olunan “The Skating Lesson” verilişində deyib.

Həmin kateqoriyadan