Məşhur tennisçi ana olacaq

Tunisli tennisçi Ons Jaber uşaq gözlədiyini açıqlayıb.

Allsport.az xəbər verir ki, 31 yaşlı Jaber 2015-ci ildən bəri fitness məşqçisi Kərim Kamunla evlidir.

İyul ayında idmançı karyerasına fasilə verdiyini açıqlayıb. O zaman Jaber qərarını nəhayət özünü birinci yerə qoymaq istədiyini söyləməklə izah edib:

“Dincəlmək və güc toplamaq üçün qısa bir fasilə veririk… Həyatımın ən şirin qayıdışını hazırlayıram.

Kort bir az daha gözləməli olacaq, çünki çox tezliklə… komandaya kiçik bir oyunçu əlavə edəcəyik. Oğlan apreldə dünyaya gələcək”-, deyə Jaber sosial mediada yazıb.

Həmin kateqoriyadan