Məşqçi səhvi “Azəryol”a baha başa gəldi

“Azəryol” Çağırış kubokunun 1/8 finalının ilk görüşündə paytaxtda İsveçin “Kristianstad” klubunu qəbul etdi. Allsport.az xəbər verir ki, şərti qonaq komanda qismində çıxış edən vitse-çempion oyuna fəal başlaydı. 3:1 irəlidə olmasına rəğmən, sonradan 3:4 geri düşən ev sahibələri hesabı tədricən 7:5 ediblər. Skandinavlar ilk yarının sonlarında durumda tarazlıq yaratsalar da (12:12), “yolçəkənlər” fasiləyə üsyün yollanmağı bacardı – 14:13.

2-ci hissəyə də Georgi Voronovun komandası yaxşı başladı: 18:15. Amma zamanla “Kristianstad” yenə hesabı bərabərləşdirdi (20:20). “Azəryol” təzədən önə keçsə də, bu onların son üstünlüyü oldu. Taktiki səhvlər nəticəsində rəqib təşəbbüsə yiyələnərək oyunu böyük fərqlə tamamladı – 30:23. Komandamızın 20-yə yaxın zərbəsi boşa çıxdı, son 5-6 dəqiqədə ümumən isveçlilərin qapısına yol tapa bilmədi. Sabah tərəflər əvəz matçına çıxacaqlar.

 

 

Həmin kateqoriyadan