- Baxış sayı: 32
- 26 Noyabr 2024 17:01
- Baxış sayı: 43
- Noyabr 26, 2024
- 0
AFFA-nın Məşqçilər Komitəsi (MK) Gəncəyə səfər edib. Azerisport.az xəbər verir ki, assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, MK-nin sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov ilə Şakir Qəribov “Kəpəz” Peşəkar Futbol Klubunda uşaq yaş qruplarında çalışan məşqçilər heyəti ilə görüşüblər.
Son bir ildə ikinci dəfə Gəncəyə gələn qonaqlar klubdakı vəziyyətlə maraqlanıb, uşaq futbolunun inkişafı istiqamətində görülən işlərlə tanış olublar. “Kəpəz”nin müşahidə şurasının üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Cabir İbrahimovun da iştirak etdiyi görüş qarşılıqlı fikir mübadiləsi və müəyyən məsələlər ətrafında müzakilərlərlə davam etdirilib.
Qeyd ki, 2 gün Nizami yurdunda olan nümayəndə heyəti Gəncə şəhər stadionunun məşq şəraitini öyrənərək, ayrı-ayrı yaş qrupları üzrə komandaların hazırlıq prosesində olublar. Həmçinin, AFFA-nın təşkilatçılığı ilə keçirilən Azərbaycan birinciliyinin Gəncə zonası üzrə yarışları izləyiblər.