Məşqçilər üçün təlim

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar start götürüb.

Allsport.az xəbər verir ki, sayca dördüncü olan “Fivb level-1” seminarı beynəlxalq voleybol federasiyasının (FIVB) dəstəyi və AVF-nin təşkilatçı ilə keçirilir.

AVF-nin baş katibi Faiq Orucov seminar iştirakçıları ilə görüşüb. AVF rəsmisi bildirib ki, federasiya məşqçi-müəllimlərin hazırlanması, onların yeni bilik və bacarıqlara yiyələnməsi üçün bir sıra layihələr həyata keçirir. Məhz bu məqsədlə federasiyada təhsil şurası da yaradılıb. Orucov bu işlər sayəsində qısa zamanda daha güclü məşqçilər korpusunun formalaşacağına inamını ifadə edib.

Görüşdə iştirak edən AVF-nin İdman şöbəsinin rəhbəri Vüqar Hüseynzadə və seminara rəhbərlik edən FIVB-nin məşqçi-instruktoru türkiyəli Cengiz Akarçeşme də hər bir iştirakçıya uğurlar arzulayıb.

Həmin kateqoriyadan