- Baxış sayı: 35
- 01 Fevral 2026 11:20
- Baxış sayı: 111
- Yanvar 30, 2026
- 0

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev avstraliyalı jurnalistlərə müsahibəsində fevralın 1-də Sidneydə keçiriləcək UFC 325 turniri çərçivəsində Maurisio Ruffiyə qarşı döyüşü öncəsi maraqlı açıqlamalar verib.
Allsport.az xəbər verir ki, Avstraliyanın təbiəti və zəhərli həşəratları barədə sualı cavablandıran idmançı bildirib ki, hörümçəklərdən hər yerdə qorxur: “Onlar hər yerdə qorxuludur – istər Rusiyada, istər Qazaxıstanda, istərsə də Azərbaycanda. Hörümçək görəndə haradan olması mənim üçün fərq etmir, onsuz da qorxuram”.
Rəqibi Maurisio Ruffinin Aleksandr Volkanovski ilə hazırlaşmasına yumorla yanaşan “Ataman” öz hazırlıq prosesi barədə bunları deyib: “Mən kiminlə hazırlaşmışam bilirsiniz? “Betmen” və “Hörümçək Adam”la. Hətta “Dəmir Adam” da bizə qoşulmuşdu. Hamısı “Marvel”dən gəlmişdi, bir ay birlikdə məşq etdik. “Hörümçək Adam” bizə çox şey göstərdi”.