Macarıstan qran prisində “Red Bul”a tarixi qələbə qazandırdı

Formula-1 üzrə Macarıstan mükafat yarışına yekun vurulub. Allsport.az xəbər verir ki, dünya çempionatının 11-ci mərhələsi 4381-metrlik Xunqarorinq trasında keçirilib.

7 dövrənin yekununda “Red Bul“dan Maks Ferstappen hamını qabaqlayıb. O, 1 saat 38:08.634 saniyə vaxt sərf edib. Növbəti pilləni Ləndo Norris tutub. “Maklaren“ komandasının sürücüsü ++ 33.731 saniyə keçikib. İlk üçlüyü “Red Bul“un digər pilotu Serxio Peres qapayıb.

Niderlandlı ardıcıl 7-ci, cari mövsümdə isə 9-cu yarışını qazanıb. “Red Bull” üçün bu, ardıcıl 12-ci qələbədir. Yenilgisizlik sıralaması ötən rəqabətin final mərhələsi olan Əbu Dabi mükafat yarışında başlayıb. Beləliklə, Avstriya kollektivi 1988-ci ildə müəyyən edilmiş Formula-1 rekordunu qırıb: onda “Maklaren” Ayrton Sennanın və Alen Prostun səyləri ilə ardıcıl 11 qələbəni bayram etmişdi.

Növbəti ötüşmə 1 həftə sonra Belçikada olacaq. Sürücülər 7004-metrlik Spa avtodromunda 44 dövrə vuracaqlar.

Həmin kateqoriyadan