- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İlk milli idman brendimiz olan “İl’Azero”ya müraciət edən idmançıların sayı durmadan artır. Allsport.az saytının məlumatına görə, nəinki ölkə içi, hətta məmləkət dışı ulduzlar şövqlə “Bir azərbaycanlı” geyinirlər.
Bunda bir sirr yoxdur: voleybol meneceri İlqar İmamquliyevin təsis etdiyi şirkətin məhsulları həm keyfiyyət, həm qiymət, həm də tərtibat baxımından fərqlənir.
Dünən “İl’Azero”nun Feysbuk səhifəsində ABŞ-ın voleybol millisinin 27 yaşlı ulduzu Cina Mankusonun fotosu paylaşılmışdı. Sonra bu sıraya Macarıstan yığmasının gözəli Edina Dobi qoşulub. O, ötən ili bizim “Azərreyl”də keçirib, hazırda isə ölkəsinin “Linamar” klubunda çıxış edir.