Mahaçev mükafatlandırıldı

UFC çempionu İslam Mahaçev 2025-ci ilin nəticələrinə görə “İlin ən yaxşı sabmişeni” mükafatını qazanıb.

Allsport.az xəbər verir ki, dağıstanlı idmançı bu ada UFC 311-də Renato Moykanonu məğlub etdiyi “D’Arse” boğucu fəndi ilə layiq görülüb.

Mahaçev son döyüşündə – UFC 322-də avstralıyalı Cek Della Maddalenanı məğlub edərək yarımorta çəkidə də kəmərə sahib çıxıb. Bununla da o, iki çəkidə çempion olan 11-ci döyüşçü kimi UFC tarixinə düşüb və ardıcıl qələbə sıralamasını 16-ya çatdırıb.

Həmin kateqoriyadan