- Baxış sayı: 107
- 02 Dekabr 2025 13:59
- Baxış sayı: 145
- Dekabr 04, 2025
- 0

UFC-nin yüngül çəkidə sabiq çempionu İslam Mahaçev məğlubiyyətsiz İlia Topuriya ilə Ağ Evdə keçiriləcək turnirdə döyüşməyə hazır olduğunu bildirib.
Allsport.az xəbət verir ki, tarixi turnir 14 iyun 2026-cı ildə Ağ Evin həyətində baş tutacaq.
Mahaçev ESPN MMA-ya verdiyi müsahibədə deyib:
“O, Ağ Evdə döyüşmək istəyir, mən də orada olmaq istəyirəm. Bu, MMA üçün böyük hadisə olacaq. Əgər UFC bu döyüşü istəyirsə, biz bunu edə bilərik. Mən bilirəm ki, UFC Ağ Evdə böyük bir döyüş keçirmək arzusundadır – bundan böyük hansı döyüş ola bilər?”
Mahaçev növbəti döyüşünü noyabrın 16-da Nyu-Yorkda baş tutacaq UFC 322 turnirində yarımorta çəkidə çempion Cek Della Maddalenaya qarşı keçirəcək.