- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakının Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb. Allsport.az saytı qafqazinfo.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında tanınmış sərbəst güləşçi Mahir Əmiraslanov da olub. Onun barəsində cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə işə başlandığı və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Tutullu bahadır yazılanlarla razılaşmır. O, məsələyə aydınlıq gətirmək üçün, öz İnstaqram səhifəsində canlı efirə qoşulub. Bildirib ki, onun yanlışlığı olub və bunun nəticəsində polisə düşüb, amma narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yox. Özünün və yaxınlarının bu işə nifrət etdiyini söyləyib və haqqında yayılanlarla qəti razılaşmayıb:
“Məşqdən evə dönərkən, dostlar mənimlə əlaqə saxlayıb soruşdular. narahatçılıqlarını dilə gətirdilər. anlamıram, bu xəbər hardan çıxıb. Hazırda məşqlərini edirəm. Böyüyümə, atama söz vermişəm ki, yenə böyük yarış meydanlarında Azərbaycanın bayrağını dalğalandıracağam”.
Mahir Əmiraslanov Bakı-2017 İslam olimpiadası və Minsk-2019 Avropa oyunlarının qalibi, gənclər üzrə dünya çempionu və qitə çempionatının bürünc medalçısıdır.