- Baxış sayı: 141
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Qarşıdakı mövsümdə Avropa Liqasında çıxış edəcək “Kəpəz”in bu turnirlə bağlı ilk hazırlıq planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubu iyunun 11-dən 21-nə kimi Türkiyədə təlim-məşq toplanışı keçəcək. Komanda 10 gün ərzində Ərzurumda hazırlıq prosesində olacaq.
“Sarı-göylər” “Palantökən” mehmanxanasında məskunlaşacaq. “Kəpəz” ötən mövsüm öncəsi də qardaş ölkədə məhz bu bölgədə məşq etmişdi. Nizami yurdunun təmsilçisi Ərzurumda olduğu müddətdə əsasən fiziki çalışmalar üzərində işləyəcək.
Komanda orada 2 yoxlama oyunu keçirməyi də planlaşdırıb. Hazırda bu yöndə danışıqlar aparılır. “Kəpəz” Bakı – Naxçıvan – Ərzurum marşrutu ilə Türkiyəyə yollanacaq. Buna qədər Bakı “İnter”i də hazırlığını bu şəhərdə keçəcəyini açıqlayıb.