Mançester klubları hərəkətə keçdi

“Barselona”nın müdafiəçisi Aleks Balde İngiltərə klublarının hədəfinə düşüb.

Allsport.az xəbər verir ki, 22 yaşlı futbolçunun transferi ilə “Mançester Yunayted”, “Mançester Siti” və “Aston Villa” yaxından maraqlanır.

Adıçəkilən klublar hələlik rəsmi təklif göndərməsələr də, futbolçunun çıxışını diqqətlə izləyirlər. Lakin həm Balde, həm də “Barselona” rəhbərliyi hazırda ayrılıq variantını nəzərdən keçirmir.

Bu mövsüm 34 oyuna çıxan və 3 məhsuldar ötürmə ilə yadda qalan gənc oyunçunun “Transfermarkt” portalında bazar dəyəri 55 milyon avro qiymətləndirilir. Onun kataloniyalılarla müqaviləsi 2028-ci ilə qədərdir.

Həmin kateqoriyadan