”Mançester Siti”yə keçə bilər

“Monako” klubunun hücumçusu Maqnes Akliuş karyerasını “Mançester Siti”də davam etdirə bilər.

Allsport.az xəbər verir ki, İngiltərə klubu 23 yaşlı futbolçuya böyük maraq göstərir.
“Tottenhem”, “Bayer” və PSJ də bu oyunçunun çıxışlarını izləyirlər.

“Monako” Akliuşla yolunu ayırmağa hazırdır, lakin gənc istedadın satışından ən azı 70 milyon avro qazanmağı planlaşdırır.

O, cari mövsümdə 19 matçda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan