Maquayrdan ten Haqa dəstək

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr Avropa liqasında “Portu” ilə 3:3 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, Maquayr açıqlamasında baş məşqçi Erik ten Haqa dəstək olub: “Mən altı ildir ki, bu klubda oynayıram, burada hər şeyin necə işlədiyini bilirəm. Komanda çətin dövrə düşəndə ​​həm futbolçulara, həm də məşqçiyə təzyiq edilir.
Erik ten Haq, kifayət qədər təcrübəlidir və uzun müddətdir bu klubda çalışır. Ona görə də əminəm ki, o, bununla necə məşğul olacağını bilir.”

Həmin kateqoriyadan