- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 180
- Mart 26, 2026
- 0

Qadınlardan ibarət millimizin mərkəz həndbolçusu Marina Tankaskayanın Türkiyə superliqasında çıxış etdiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» 18-ci turda evdə “Ərdesən”i qəbul edib.
Allsport.az saytı xəbər verir ki, gərgin keçən ilk hissə cbərabər bitib – 17:17. Növbəti yarıda təşəbbüsü ələ alan qonaqlar paytaxtlıları 33:30 hesabı yenib. Bu görüşdə Marina komandasına 3 xal qazandırıb.
Məğlubiyyətə rəğmən, «Ankara YB» (+16-2) 32 xalla, top fərqinə görə çempionatda ilk pillədə yerini qoruyur. Keçən tur liderə uduzan “Kastamonu Artsan Kolleci”nin idman klubu bu dəfə qalib gələrək, yenə paytaxt təmsilçisini haqlayıb.