- Baxış sayı: 54
- 06 Fevral 2026 18:32
- Baxış sayı: 145
- Fevral 08, 2026
- 0

Qadın həndbolçuların Türkiyə Superliqasında fasilə yaranıb. Allsport.az saytı xəbər verir ki, milli komandamızın mərkəz həndbolçusu Marina Tankatskayanın çıxış etdiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» liderliyini davam etdirməkdədir.
Paytaxtlılar 3-cü turda evdə«Zağnosspor»u 2 top üstünlüyü ilə məğlub edib – 25:23. Bu matçda əl topu ustamız 1 dəfə fərqlənib. Növbəti oyun səfərdə baş tutacaq. Oktyabrın 21-də «göylər» rəqib meydanında «İzmir Böyükşəhər Bələdiyyəsi» ilə qarşılaşacaq.
3 turdan sonra «Ankara Yeniməhəllə Bələdiyyəsi» son çempion «Muradpaşa» klubu ilə birgə itkisiz irəliləyirlər. Hər 2 komanda 6 xala malikdir.