- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 161
- Mart 26, 2026
- 0

Qadınlardan ibarət milli komandamızın mərkəz həndbolçusu Marina Tankatskayanın Türkiyə Superliqasında çıxış etdiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» Avropa kuboklar kubokunun pley-off mərhələsində «BNTU-BELaz Minsk» klubunu qəbul edib.
Allsport.az saytı xəbər verir ki, üstün oyun nümayiş etdirən paytaxtlılar rəqibini 26:20 hesabı ilə məğlub edib. Bu matçda həmyerlimiz 4 dəfə fərqlənib. Cavab matçı noyabrın 21-də rəqib meydanında baş tutacaq.