YENİLƏNDİ
Mariya Stadnik 2-qat dünya çempionudur!

Qazaxıstan paytaxtı Nur-Sultanın “Barıs arena”sında dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, 4-cü yarış günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start verilib.
Mariya Stadnik 3 görüşü inamla bitirərək yarımfinala adlayıb və Tokio oyunlarına vəsiqə qazanıb. O, ilk dəfə 10 il öncə, Danimarka Herninq şəhərində baş mükafata sahib çıxmışdı.

50 kq
Təsnifat – Mariya Stadnik – Miessiney Mersi Genesis (NGR) 10:0
1/8 final – Mariya Stadnik – Sima Sima (İND) 9:2
1/4 final – Mariya Stadnik – Yekaterina Poleşçuk (RUS) 11:0
1/2 final – Mariya Stadnik – Yanan Sun (CHN) 6:4
FİNAL – Mariya Stadnik – Emilia Alina VUC (ROU) 13:0

53 kq
Təsnifat – Türkan Nəsirova – Nina Hemmer (GER) 0:11

Kamran HACI, Nur-Sultan

Həmin kateqoriyadan