Mariya Stadnik: Təlim-məşqim Karpat dağlarında keçir

“Ukraynada özəl proqram əsasında dünya çempionatına hazırlaşıram. Millinin məşqçiləri bu məsələdə mənə sərbəstlik verirlər. İndi əsas diqqəti fiziki hazırlığa yönəltmişəm”.

Bunu allsport.az saytına açıqlamasında qadın güləş yığmamızın öncülü Mariya Stadnik (50 kq) deyib. Titullu idmançı əlavə edib ki, avqustun 29-da Qazaxıstanda komandaya qoşulacaq:

“Təlim-məşqlər Karpat dağlarında keçir. Bunun faysadı var. Çünki orda oksigen çatışmamazlığı olur. Bu iqlimə öyrəşəndə, xalcada güləşmək rahat olur. Qızlar Türkiyədə toplanışdadırlar. Biz hazırlığın son mərhələsini birgə Nur-Sultanda keçəcəyik”.

Həmin kateqoriyadan