- Baxış sayı: 311
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Bu gün Tokio-2020-də qadın güləşçilərin mübarizəsində xalçaya Mariya Stadnik (50 kq) çıxıb.
Allsport.az saytı xəbər verir ki, 3-qat olimpiya mükafatçımız rusiyalı Stalvira Orşuşu 11:7, sonra 1/4 finalda tunisli Sara Həmdini 10:0 yenib.
2-qat dünya və 8-qat qitə çempionu yarımfinalda yerli Yui Susaki ilə üz-üzə gəlib. Təəssüf ki, idmançımız yenə “yapon səddi”ndə ilişib. Budapeşt-2018 dünya çempionatında olduğu kimi, 22 yaşlı asiyalı tam üstünlüklə, erkən qalib gəlib (11:0).
O, sabah bürünc medal uğrunda görüşə çıxacaq.