- Baxış sayı: 39
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Qadın güləş millimizin öncülü Mariya Stadnikin (50 kq) əsas rəqibi Yui Susaki Tokio olimpiadasına yolunda mühüm addım atıb. Allsport.az saytı xəbər verir ki, ötən il Macarıstan paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının finalında idmançımızı asanlıqla – 10:0 yenərək vaxtından əvvəl qələbəni bayram edən 20 yaşlı idmançı, həftəsonu Komazava olimpiya parkının idman salonunda baş tutan Yaponiya çempionatında əsas rəqibi Yuki İrieyi 2:1 üstələyib.
27 yaşlı 2-qat Asiya çempionunun son dönəmdə işi düz gətirmir. O bu ilin sentyabrında Nur-Sultanda eyni yarışda 1/4 finalda çinli Yanan Suna uduzaraq olimpiadaya vəsiqə fürsətini də qaçırıb.
Mariya Stadnikdən fərqli, 2-qat dünya çempionu vətənində güləşmək üçün gələn ilin fevralında Çinin Xiane şəhərində Asiya olimpiya seçməsində finala çıxmalıdır. 2016-cı ildə qazandığı tək milli titula medal əlavə edən Susaki bunu deyib: “Rəqib xal alanda, inamı itirmədim, bilirdim ki, öndəyəm və çaxnaşmayım. “Qərarlı bir fikir saxlayaraq, sona qədər mübarizə apara bildim”.