- Baxış sayı: 44
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Qadın həndbolçuların ölkə çempionatında gərginlik davam edir. Qızıl medalların son sahibi “Nur”un yarış cədvəlində axırıncı yerdə olduğu bir durumda debütant “Azərsu” öncüllük iddiası göstərir. İlk turda Mingəçevir təmsilçisinə qalib gələn “suçəkənlər”, növbəti görüşdə “Qarabağ”ı üstələyib (32:22).
Komandanın mərkəz oyunçusu Marta Abbasova allsport.az saytına açıqlamasında, qələbəyə qısa belə şərh verib: “Cox vacib qələbə qazandıq. Rəqib güclü idi, onlarə çətinliklə üstələdik. “Qarabağ” keçən çempionatla müqayisədə, xeyli qüvvətlənib. Rəqibin heyətində təcrübəli və hündürboylu həndbolçular bizə çətinlik yaradırdı”.