- Baxış sayı: 43
- 20 Yanvar 2026 21:39
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Peşəkar tennisçilər assosiasiyasının (ATP) mətbuat xidməti və Səudiyyə Ərəbistanının investisiya fondu 2028-ci ildən etibarən yeni “Masters” turnirin təsis edilməsini elan edib.
Allsport.az xəbər verir ki, bu qərarla Səudiyyə Ərəbistanı ATP-1000 kateqoriyalı turnirin keçirildiyi onuncu məkan olacaq. Hazırda bu turnirlər İndian Uels, Mayami, Monte-Karlo, Madrid, Roma, Kanada, Sinsinnati, Şanxay və Parisdə təşkil edilir.
Hazırda Ər-Riyadda gənc tennisçilər arasında yekun ATP turniri, WTA yekun turniri, eləcə də tennis tarixində ən böyük mükafat fondu olan “Six Kings Slam” adlı sərgi turniri keçirilir.