- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
“Çox dəyişik ssenarili oyun oldu”.
Allsport.az xəbər verir ki, bunu “Xırdalan”nın baş məşqçisi Uğur Özdəmir deyib.
Azərbaycan basketbol liqasının yarımfinalında “Sabah”a hər 2 matçda uduzan baş məşqçi oyunu şərh edib: “Basketbolçularım xüsusilə 2-ci yarı çox yaxşı reaksiya verməyə başladılar. Matça geri döndülər. Cəzalara görə çox az rotasiya ilə oynamağa məcbur olduq. Ən sonuncu periodu 3 yerli basketbolçu ilə tamamlamağa məcbur qaldıq. Buna baxmayaraq, sona qədər mübarizə apardıq. Əslində, matçı da qazana bilərdik. Sonda bəsit səhvlər buna imkan vermədi”.
Özdəmirin sözlərinə görə, hədəflərini reallaşdıra bilməyiblər: “Final oynamaq istəyirdik. Olmadı. Amma belə bir gerçəklik var ki, mövsümün əvvəlində heç kim bizi yarımfinalda təsəvvür etmirdi. Biz bura durmadan çalışaraq, öz üzərimizdə işləyərək gəlib çatdıq. Bu əziyyətimizin qarşılığını alıb finala da çıxmaq istəyirdik. Oyunçularıma, texniki heyətə, bizi ürəkdən dəstəkləyən hər kəsə təşəkkür edirəm. Azarkeşlərə bir qələbə borcumuz var idi, amma bu dəfə alınmadı. “3-cülük” görüşündə bunu qazanıb, müsbət notlarla mövsümü yekunlaşdırmağa çalışacağıq”.