Maykl Cordan tarixdə ən çox maaş alan idmançıdır

“Sportico” jurnalı peşəkar idman tarixində ən çox pul qazanan 10 idmançının siyahısını təqdim edib.

Allsport.az xəbər verir ki, siyahıya eyni anda 4 qolfçu, müvafiq olaraq basketbol və futbol üzrə isə hərəsindən 2 təmsilçi daxil olub. Boks və tennis üzrə isə hər birindən bir nümayəndə var.

Reytinqə 6 qat NBA çempionu, hazırda “Şarlott hornets”in sahibi olan Maykl Cordan başçılıq edir. Onun ümumi gəliri 3,3 milyard dollardır. 2-ci və 3-cü yerləri qolfçular Tayqer Vuds (2,5 milyard dollar) və Arnold Palmer (1,7 milyard dollar) tutub.

İlk 5-liyi Cek Niklaus (qolf – 1,63 milyard dollar) və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu (1,58 milyard dollar) tamamlayıblar.

10-luğun digər pillələrində “Los-Anceles Leykers”in hücumçusu LeBron Ceyms (1,53 milyard dollar), PSJ-nin forvardı Lionel Messi (1,48 milyard dollar), boksçu Floyd Messi (1,41 milyard dollar), tennisçi Rocer Federer (1,38 dollar) və qolfçu Fil Mikelson (1,36 milyard dollar) qərarlaşırlar.

Həmin kateqoriyadan