- Baxış sayı: 92
- 19 Noyabr 2025 16:40
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

III MDB oyunlarına hazırlıq çərçivəsində Gəncə idman sarayında güllə atıcılığı üzrə test yarışı keçirilir.
Allsport.az xəbər verir ki, MDB oyunları öncəsi təşkil olunan bu yarışda təşkilati məsələlər yoxlanılır, idmançıların hazırlıq səviyyəsi qiymətləndirilir və texniki detallar sınaqdan keçirilir.
Gənclər və idman nazirliyi, III MDB oyunlarının təşkilat komitəsi və Azərbaycan atıcılıq federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin ilk günündə kişilər və qadınlar 10 metr məsafədən pnevmatik tapança və pnevmatik tüfənglə atəş açma üzrə 4 dəst medal uğrunda mübarizə aparıblar.
Test mərhələsində avadanlıqların hazırlığı, hakimlik sisteminin fəaliyyəti və təhlükəsizlik tədbirlərinin təşkili də ətraflı şəkildə yoxlanılıb.
III MDB oyunlarında güllə atıcılığı yarışları 2–7 oktyabrda Gəncə idman sarayında keçiriləcək.