- Baxış sayı: 110
- 25 Mart 2026 16:38
- Baxış sayı: 218
- Mart 26, 2026
- 0

Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov, III MDB oyunlarında ölkəmizi təmsil edəcək yeniyetmə qız və oğlan voleybol komandaları ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, tədbir GİN-in voleybol mərkəzində olub.
Toplantıda AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, oyunların təşkilati məsələlərində iştirak edən federasiya əməkdaşları da iştirak ediblər.