- Baxış sayı: 81
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Meksikanın Qvadalaxara şəhərində keçirilən qran pri turniri Azərbaycan cüdoçularının parlaq çıxışı ilə yadda qalıb.
Allsport.az xəbər verir ki, son yarış günündə milli komandamız daha 3 medal — 2 qızıl və 1 bürünc medal qazanıb.
100 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu Səlim Kotsoyev və ən ağır çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri (+100 kq) bütün görüşlərində qələbə qazanaraq çempion olublar. Kotsoyev finalda italiyalı Cennaro Pirelli, Kokauri isə ikiqat Olimpiya çempionu Lukaş Krpaleki (Çex respublika) məğlub edib. 90 kq çəkidə qüvvəsini sınayan Murad Fətiyev isə bürünc medala yiyələnib.
Bununla da, cüdoçularımız kişilərin yarışdığı 7 çəki dərəcəsinin 6-da qızıl medal qazanmaqla tarixi nəticəyə imza atıblar.
Ümumilikdə Azərbaycan qran prini 6 qızıl və 3 bürünc medalla başa vuraraq 33 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.