“Messini dünya çempionatında görmək əla olardı”

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Allsport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis Argentinanın və “İnter Mayami”nin hücumçusu Lionel Messinin qarşıdan gələn dünya çempionatında oynayacağına inandığını deyib:

“Messinin dünya çempionatına gedə biləcəyinə şübhəm yoxdur. İstəsə oynayacaq. Onun yaxşı durumda olduğunu hamımız görürük. Onu dünya çempionatında görmək əla olardı. Bu, həm ABŞ, həm də Argentina üçün maraqlı olacaq”.

Futbol üzrə dünya çempionatı 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək.

Həmin kateqoriyadan