- Baxış sayı: 35
- 23 Dekabr 2025 16:57
- Baxış sayı: 132
- Dekabr 22, 2025
- 0


Lionel Messinin bacısı Mariya Sol Messi Mayamidə ağır yol qəzasına düşüb.
Allsport.az xəbər verir ki, 32 yaşlı Mariya Sol sükan arxasında olarkən huşunu itirib və idarəetməni itirərək divara çırpılıb. Qəza nəticəsində o, iki onurğa fəqərəsinin sınığı və müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Hadisə səbəbindən Messinin bacısının yanvarın 3-nə planlaşdırılan nişan mərasimi təxirə salınıb. O, “İnter Mayami”nin U-19 komandasının məşqçisi Xulian Arelyano ilə nişanlanmağa hazırlaşırdı.
Bildirilir ki, xəsarətləri ciddi olsa da, Mariya Solun həyatı üçün heç bir təhlükə yoxdur. O, artıq Argentinanın Rosario şəhərinə qayıdıb və orada ailəsinin əhatəsində müalicəsini davam etdirir.