- Baxış sayı: 32
- 19 Yanvar 2025 14:22
- Baxış sayı: 77
- Yanvar 19, 2025
- 0
“Azərreyl” VK-nın kişilərdən ibarət komandasının baş məşqçisi Boris Qrebennikov “Neftçi” oyunu ilə bağlı fikrini bölüşüb.
Allsport.az xəbər verir ki, o, bunu deyib:
“Ölkə çempionatı bizim üçün elə də uğurlu başlamadı. Bu səbəbdən bu gün meydanda gərginlik var idi. Həmçinin həyəcan da var idi ki, bu da voleybolçuların öz oyunlarını göstərməyinə maneə yaradırdı. Rəqib “Neftçi” komandasına qarşı sonuncu görüşdə 2:3 hesabi ilə məğlub olmuşduq və buna görə də bugünkü qarşılaşmaya daha da önəm verirdik.
Bildirmək istəyirəm ki, heyətimizə yeni oyunçu qatılıb və onun da komandaya tam uyğunlaşması üçün zaman lazımdır.
Bugünkü görüş haqqında deyə bilərəm ki, hər bir voleybolçunun səyi və düzgün servislər nəticəsində biz oyunda qalib gələ bildik.
Bu il çempionatda iştirak edən komandalar da güclü oyun nümayiş etdirirlər. Buna misal kimi elə bugünkü qarşılaşmanı göstərmək olar. Belə görünür ki, bu ilki çempionat çox maraqlı keçəcək”.