Meza Kolli “Qəbələ”də debüt matçından danışdı

UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunun PAOK-la (Yunanıstan) oyunu (0:0) Derlis Meza Kolli üçün əlamətdar oldu. Allsport.az xəbər verir ki, start heyətdə meydana çıxan yarımmüdafiəçi “Qəbələ”nin heyətində ilk rəsmi matçını keçirdi.

Derlis “qırmızı-qaralar”ın tarixinə 197-ci futbolçu kimi düşüb. Belə ki, 2005-ci ildə yaranan klubun şərəfini bu oyunadək 196 futbolçu qorumuşdu. Derlis debüt oyunu haqda fikirlərini klub saytına açıqlayıb:

“Güclü rəqiblə qarşılaşdıq. Çətin oyun oldu. Komandamız yaxşı futbol nümayiş etdirdi. Üstün oyun göstərib, qol imkanları yaratdıq. Lakin bu fürsətlərin heç birindən yararlana bilmədik. Bu matçda qələbə qazanmalı idik. Lakin 3 xal üçün bizə qol yetmədi. İmkanlardan istifadə edə bilmədiyimiz üçün 1 xalla kifayətləndik.

Komandamız bu heyətlə qısa müddətdir çıxış edir. Bizə zaman lazımdır. Bu tempdə davam etməliyik. Belə olan halda daha yaxşı oynayacağıq. Bu qarşılaşma mənim “Qəbələ”də ilk matçım idi. Mənə etimad göstərib, şans verdiyi üçün baş məşqçiyə təşəkkür edirəm. Debüt oyunumdan razı qaldım”.

Həmin kateqoriyadan