- Baxış sayı: 13
- 27 Mart 2026 17:28
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Allsport.az xəbər verir ki, bölgə təmsilçisi Sezar Meza Kolli ilə anlaşıb.
Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çezena” və “Pavia”, İspaniyanın “Alaves”, Azərbaycanda isə “İnter”, “Keşlə”, “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.