Mikayıl Cabbarov: Güləşdə qızıl medalın qazanılması əsas hədəfdir

“Azərbaycan güləş federasiyasının prezidenti vəzifəsinə seçilməyim üçün mənə göstərilən etimada görə, ilk növbədə, federasiyanın üzvlərinə minnətdarlığımı bildirirəm. Güləş ailəsinin üzvü olmaqdan qürur duyuram”.

Allsport.az saytı xəbər verir ki, bu fikirləri vergilər naziri Mikayıl Cabbarov mətbuat konfransında deyib. O, dövlətin idmana diqqət və qayğısının yüksək olduğunu deyib:

“Güləşçilərimiz dünya və qitə miqyaslı yarışlarda uğurla çıxış edib, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırırlar. Güləş üzrə Avropa, dünya və olimpiya çempionlarımız var. Çalışacağıq ki, idmanın bu növünün kütləviliyini daha da artıraq”.

Federasiya prezidenti qarşıda duran əsas hədəfin güləş idman növündə daha böyük nailiyyətlərin qazanılması və Olimpiadada qızıl medalların qazanılması olduğunu qeyd edib:

“Hər idman növündə olimpiya oyunlarında yüksək nailiyyət əldə etmək əsas hədəfdir. Azərbaycanın ənənəvi idman növü olan güləş üzrə qızıl medalın qazanılması əsas məqsədlərdəndir. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Həmin kateqoriyadan