Milan “İnter”i Bakıya yarıcanla gəlir

İtaliyanın “İnter” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı Azərbaycan çempionu “Qarabağ”la oyun üçün sabah Bakıya gələcək. Allsport.az xəbər verir ki, Milan təmsilçisinin baş məşqçisi Roberto Mançini ölkəmizə 19 futbolçu gətirməyə qərar verib:

Qapıçılar: 30. Xuan Pablo Karriso, 46. Tommazo Berni, 95. David Kosta;

Müdafiəçilər: 6. Marko Andreolli, 14. Uqo Kampanyaro, 15. Nemanya Vidiç, 25. İbrahima Mbaye, 33. Danilo D`Ambrozio, 54. İsaak Donkor, 94. Koffi Yao, 24. Cakomo Şiakka, 93. Federiko Dimarko;

Yarımmüdafiəçilər: 20. Joel Obi, 44. Rene Krin, 90. Yan Mvila, 96. Andrea Palatsi;

Hücumçular: 7. Pablo Osvaldo, 97. Federiko Bonatsoli, 92. Enriko Baldini.

Qeyd edək ki, “Qarabağ” – “İnter” matçı dekabrın 11-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan