- Baxış sayı: 29
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Bu gün qadın həndbolçuların super liqasının 9-cu turunda çempionatın 2 öncül komandası – “Azərsu” və “Azəryol” üz-üzə gəldilər. Matçın ilk hissəsi vitse-çempionun üsyünlüyü ilə keçsə də, növbəti yarının ortalarında “Azərsu” toparlanaraq son saniyələrdə hesabı bərabərləşdirdi (32:32).
Görüşdən sonra “Azəryol”un çernoqoriyalı legionçusu Militsa Qrbavçeviç allsport.az saytına açıqlamasında bunu deyib: “Matça yaxşı başladıq. Bunun nəticəsi olaraq, 1-ci hissəni 5 top üstünlüyü ilə başa vurduq. Amma 2-ci yarıda oyunumuz alınmadı, zərbələrimizdə xeyli qeyri-dəqiqlik oldu. Çox təəssüf, qalib gələ bilərdik”.