- Baxış sayı: 42
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, müqaviləni AMADA-nın direktoru Şəfəq Hüseynli və “Bir könüllü”nün sədri Leyla Zeynalova imzalayıblar. Adı ilk çəkilən mütəxəssis çıxışında, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu format olduğunu bildirib. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
“Bir könüllü” ictimai birliyinin fəaliyyətini yüksək qiymətləndirən Şəfəq Hüseynli, ölkəmizdə könüllülük hərəkatına göstərilən dövlət qayğısından danışıb. Xatırladıb ki, prezident İlham Əliyev həmişə könüllülük hərəkatının inkişafını diqqət mərkəzində saxlayıb və onun sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunub.