Milli antidopinq agentliyi və dövlət gömrük komitəsi arasında əməkdaşlıq görüşü

AMADA və DGK arasında əməkdaşlıq görüşü baş tutub. Allsport.az saytı xəbər verir ki, dövlət gömrük komitəsinin sədr müavini Cavad Qasımov və Azərbaycan milli antidopinq agentliyinin direktoru Şəfəq Hüseynlinin və hər 2 qurumun aidiyyəti əməkdaşlarının iştirak etdiyi görüşdə, əsasən əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə olunub.

Bildirilib ki, dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizə antidopinq siyasətinin mühüm bir hissəsidir və bu sahədə aidiyyəti dövlət qurumları arasında səmərəli əməkdaşlıq mövcuddur. Qadağan edilmiş maddələrin internet resursları üzərindən onlayn sifarişi və  bu yolla qanunsuz dövriyyəsi hallarının artması hazırda bütün dünya üçün aktual problemə  çevrilib. Bu cür hallarla effektiv mübarizə aparmaq və qadağan edilmiş maddələrin ölkəmizə gətirilməsinin qarşısını almaq üçün  aidiyyəti qurumların daha sıx əməkdaşlıq etməsi vacibdir.

Görüşdə həmçinin Tokio-2020 ilə bağlı Yaponiyada tətbiq ediləcək gömrük prosedurları müzakirə edilib. Qeyd olunub ki, COVİD-19 pandemiyası və beynəlxalq dopinq nəzarəti baxımından bu məsləyə çox həssas yanaşılır. Tokioya yollanacaq nümayəndə heyətinin üzvləri bu barədə ətraflı məlumatlandırılıb. Bununla belə gömrük orqanları ilə birgə məlumatlandırıcı tədbirlərin keçirilməsi də məqsədəuyğundur.

Həmin kateqoriyadan

azenrutr