- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Bakı hazırlaşır” şüarı altında Avropa Oyunlarına hazırlıq istiqamətində keçirilən silsilə yarışlar çərçivəsində bu gün Gimnastika Növləri üzrə Birgə Açıq Azərbaycan Çempionatına start verilib. Allsport.az xəbər verir ki, gimnastikanın beş növü üzrə 22 ölkədən ümumilikdə 131 gimnast Milli Gimnastika Arenasında yarışacaq və bu müsabiqədə Azərbaycan idmançıları gimnastikanın bədii və aerobika növlərində 2014 Dünya Çempionatının qalibləri olan rusiyalı və rumıniyalı idmançıları üstələyəcəyinə ümid edirlər.
Rusiyalı idmançı Yana Kudryavtseva Dünya Çempionatlarında fərdi çoxnövçülük yarışlarında 2013 (Kiev, Ukrayna) və 2014-cü (İzmir, Türkiyə) illərdə qızıl medal qazanıb və eyni zamanda 2014-cü ildə keçirilmiş komanda yarışlarında Rusiyaya qələbə ilə qayıdıb. O, son iki çempionatda bədii gimnastika üzrə liderdir. Marina Durunda (Azərbaycan) 2014-cü ildə əldə etdiyi 6-ci yer nəticəsini yaxşılaşdıracağına və Kudryavtsevaya layiqli rəqib olacağına ümid edir.
Rusiya komandasının üzvləri Daria Avtonomova, Anastasiya Maksimova və Maria Tolkaçeva 2014-cü ildə keçirilmiş Dünya Çempionatında bədii gimnastika üzrə qrup hərəkətləri kateqoriyasında əldə etdikləri qızıl medal nəticəsini Bakıda təkrarlayacaqlarına ümid edirlər. Bu komanda həmin çempionatda top və lentlərlə 3+2 alətlər finalında 9,050 bal toplayaraq Bolqarıstan və Belarus komandaları üzərində qələbə qazanmışdı.
Aerobika gimnastikasında Rumıniya komandası son iki sezonun məğlubedilməzidir. Bu komanda 2014-cü ildə keçirilmiş Dünya Çempionatında (Kankun, Meksika) trio, qrup və qarışıq cütlüklər kateqoriyalarında, 2013-cü ildə baş tutmuş Avropa Çempionatında (Ark, Fransa) isə trio və qarışıq cütlüklər kateqoriyalarında qızıl medala yiyələnib. Rumıniyanın son vaxtlar medal qazanan komanda üzvlərindən yalnız Maria Bianca Gorgovan və Dacian Barna Birgə Açıq Azərbaycan Çempionatında iştirak edəcəklər. Onlar qrup kateqoriyasında Gabriel Boscer, Lucian Savulescu və Lavinia Panaete ilə birlikdə birinciliyi saxlamaq niyyətindədirlər.
İdman gimnastikası – kişilər
•Filip Ude (Xorvatiya) 2014 Dünya Çempinatında dəstəli at kateqoriyasında gümüş medal qazanmışdı.
•Azərbaycan idmançısı Petro Pakhnyuk 2014 Dünya Çempinatında fərdi çoxnövçülük yarışında 15-ci yerdə qərarlaşmışdı.
•Alexander Shatilov (İsrail) 2012 London Olimpiya Oyunlarında sərbəst hərəkətlər kateqoriyasında 4-cü yer tutmuşdu. O, 2013 Avropa Çempionatında sərbəst hərəkətlər keteqoriyasında qızıl medal qazanaraq bu çempionatlarda birinci yeri əldə etmiş ilk israilli gimnastdır.
İdman gimnastikası – qadınlar
•Azərbaycandan bu müsabiqədə 5 gimnast ilə çıxış edəcək.
•Marina Nekrasova (Azərbaycan) 2014-cü il də keçirilmiş Dünya Kuboku yarışında (Kottbus, Almaniya) təkanla tullanmada 6-cı yerə yiyələnib.
•Tutya Yılmaz (Türkiyə) 2014-cü ildə Çinin Nancinq şəhərində keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Türkiyə adından çıxış edərək həm təkanla tullanmada, həm də sərbəst hərəkətlərdə 8-ci yerə sahib olub.
Akrobatika gimnastikası
•Bu yarışda Azərbaycan, Bolqarıstan və Almaniya Milli Olimpiya Komitələri (MOK) iştirak edəcək.
•Akrobatika gimnastı Elena Velikova (Bolqarıstan) Birgə Açıq Azərbaycan Çempionatının ən gənc iştirakçısıdır. Onun hal-hazırda 14 yaşı var.
Aerobika gimnastikası
•İspaniyalı Vicente Lli və Sara Monero Rumıniyalı gimnastların əsas rəqibləridirlər. Onlar 2014 Dünya Çempionatında 6-cı yeri tutub və bundan 2 il öncə, 2012-ci ildə keçirilmiş Dünya Çempionatında (Sofia, Bolqarıstan) isə qızıl medal qazanıblar.
Bədii gimnastika
•13 MOK-dan ümumilikdə 49 gimnast qrup və fərdi kategoriyalarda mübarizə aparacaq.
•2014 Dünya Çempionatında 13-cü yerdə qərarlaşan gürcüstanlı Salome Pazhava fərdi kateqoriyada medal qazanmaq üçün rusiyalı və azərbaycanlı idmançılarla rəqabət aparacaq.
Batut gimnastikası
•Kişi və qadın gimnastlar fərdi və sinxron çıxışlar kateqoriyalarında yarışacaqlar.
•Amerikalı Shaylee Dunavin 2014 Dünya Çempionatında (Florida, ABŞ) oyundaşı Charlotte Drury ilə birlikdə batut gimnastikası üzrə sinxron çıxışlar kateqoriyasında 4-cü yeri tutmuşdu.
•Silvia Saiote (Portuqaliya) 2013 Dünya Oyunlarında (Kali, Kolumbiya) 3-cü yerə sahib olmuşdu və eləcə də 2011 Dünya Çempinatında (Birmingem, Böyük Britaniya) gümüş medal qazanan komandanın üzvü idi.