Milli həndbolçumuzun komandası maliyyə sıxıntısı ilə üzləşib

Milli komandamızın həndbolçusu Katerina Peçenin çıxış etdiyi «Dinamo-Sinara» yanvarın 31-də Avropa Çempionlar Liqasının əsas raundda Çernoqoriyanın «Buduçnost» kollektivini qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu matç öncəsi Volqaqrad klubu 2 problemlə üzləşib. Birincisi, EHF, Rusiya çempionuna rəqiblərini «Dinamo» həndbol zalında qəbul etməsinə icazə verməyib. Çünki bildirişə əsasən, bu arenada görüşlər yalnız qrup mərhələsi üçün nəzərdə tutulmuşdu.

İkincisi, Volqaqrad vilayətini administrasiyası Gənclər və İdman Nazirliyinin qərarına müqabilində kluba regional büdcəni kəsib. «Dinamo-Sinara»nın prezidenti açıqlamasında deyib ki, tərəfdaşlar maliyyə dəstəyi göstərməyə söz veriblər: «Bizim klub Rusiyada ən yaxşı sayılır. Heyətdə müxtəlif ölkələrdə çıxış edən legionerlər var. Komandamızın xeyli üzvü millinin şərəfini qoruyur. Belə bir komandanı köməksiz qalması doğru deyil».

Həmin kateqoriyadan