Milli karate hakimlərin növbəti respublika seminarı keçirilib

Hakimlərin növbəti ənənəvi respublika seminarı keçirilib. Allsport.az saytı az.karate.az-a istinadən xəbər verir ki, “İnter Arena”da yerləşən federasiyanın təlim-məşq bazasında təşkil olunan toplantıda müxtəlif bölgələrən 60-dan artıq beynəlxalq və milli dərəcəli hakimlər iştirak edib.

Azərbaycan Milli Karate Federasiyasının Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi ilə seminarda yeni yarış qaydaları izah edilib. Metodiki təlim otağında nəzəri hissənin ardından hakimlər fevralın ortalraında Hollandiyanın Almere şəhərində Premyer Liqasında idmançılarımızın döyüşlərini izləyərək qaydaları və dəyişiklikləri analiz ediblər.

Yığıncaqda federasiyanın vitse-prezidenti Yusif Məmmədov və baş katib Mir-Cabbar Seyidov da iştirak edib. Hakimlərin növbəti Respublika seminarı aprelə planlaşdrılıb.

Həmin kateqoriyadan