Milli komanda Kosovo sınaqlarına hazırlığı davam etdirir

Həndbol üzrə oğlanlardan ibarət U-18 milli komandamızı qarşıda ciddi sınaq gözləyir.

Allsport.az xəbər verir ki, millimiz avqustun 12-dən 18-dək Kosovada keçiriləcək Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq.

Həndbolçularımız məsul yarışa hazırlığı davam etdirirlər. Ötən ilin dekabr ayından start verilən hazırlıq prosesi bir neçə mərhələyə bölünüb. Əvvəlcə Gürcüstan paytaxtındakı toplanışa qatılan komandamız bu ilin martında Rusiyanın Həştərxan şəhərindəki turnirdə iştirak edib.

Ardınca taktiki-texniki plan üzrə hazırlığı Bakıda davam etdirən milli bu gün yenidən Astraxana yola düşüb. Həndbolçularımız toplanış çərçivəsində yerli komanda ilə 3 yoxlama matçı keçirəcəklər. İyunun 11-dək davam edəcək hazırlıq prosesində 15 oyunçu baş məşqçi Rəşad Hüseynovun ixtiyarında olacaq.

Həmin kateqoriyadan