- Baxış sayı: 52
- 06 Fevral 2026 18:32
- Baxış sayı: 122
- Fevral 08, 2026
- 0

22 avqustdan etibarən Zuğulba tədris idman bazasında 13 yaşlı 30 basketbolçu arasında milli komanda üçün seçim prosesinə start verilib.
Allsport.az xəbər verir ki, seçimdə Azərbaycan basketbol federasiyasının (ABF) uşaq basketbolu üzrə baş koordinatoru serbiyalı mütəxəssis Milan Kotoraç rəhbərlik edir. Serbiyalı mütəxəssis və digər yerli məşqçilərimiz tərəfindən basketbolçuların texniki bacarıqları, taktiki düşüncə qabiliyyəti və fiziki hazırlıq səviyyəsi dəyərləndirilir. Baxış mərhələsinin əsas məqsədi gələcəkdə milli komandanı təmsil edə biləcək istedadlı oyunçuların müəyyənləşdirilməsi və onların inkişaf potensialının qiymətləndirilməsidir.
Seçim mərhələsi 31 avqustda yekunlaşacaq.