- Baxış sayı: 60
- 04 Mart 2026 22:05
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Dünya badminton federasiyası ( BWF) milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Allsport.az xəbər verir ki, Azərbaycan komandası reytinq sıralamasında 4 pillə irəliləyərək 23-cü pilləyə yüksəlib.
Komandamızın hesabında 2300 reytinq xalı var.
2018-ci ildə reytinqdə 85-ci olan millimiz ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer almışdı. Badminton millimiz son 9 ay ərzində reytinqdə 24 pillə irəliləyib.