Milli üzvü “Sabah”da

“Sabah” U-18 millinin basketbolçusu Hüseyn Qaflanovu heyətinə qatıb.

Allsport.az xəbər verir ki, “bayquş”lar 17 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalayıb.

O, 210 sm boya malikdir.

Hüseyn Qaflanov Azərbaycan basketbol federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən “NBA school”da peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib. O eyni zamanda bir il müddətində ABŞ-nin Cənubi Kaliforniya akademiyasında təhsil alıb.

Həmin kateqoriyadan