DÇ-2014
Millimiz 3-qat dünya çempionunu məğlub etdi

Bu gün İtaliyada qadın voleybolçular arasında dünya çempionatına start götürüb. Allsport.az saytı xəbər verir ki, 24 komandanın iştirak etdiyi mübarizədəAzərbaycan millisi “D” qrupunda yer alib. Bari şəhərində təşkil olunmuş ilk oyunda Aleksandr Çervyakovun rəhbərlik etdiyi seçməmiz yaponiyalı həmkarları ilə üz-üzə gəlib.

Gərgin mübarizədə voleybolçularımız set hesabında 2 kəs geri olsa da, hər dəfə vəziyyəti bərabərləşdirərək, tay-brekdə qalib gəlməyə müvəffəq olub. Mütəxəssilərin rəyinə görə, 3-qat dünya çempionu olan yaponlar hazırda əla formadadırlar və 40 illik fasilədən sonra yenidən zirvəni hədəfləyiblər.

23 sentyabr, Bari

“D” qrupu: YAPONİYA – AZƏRBAYCAN – 2:3 (25:17, 20:25, 25:20, 21:25, 9:15)

Həmin kateqoriyadan