Millimiz Avstriya ilə heç-heçə edib, Xorvatiyaya yollanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa liqası öncəsi hazırlıqlarını başa vurub.

Allsport.az xəbər verir ki, təlim-məşq prosesinin son mərhələsini Sloveniyada keçən komandamız bu gün yarışın ilk mərhələsinə ev sahibliyi edən Xorvatiyaya yola düşüb.

Maribor şəhərində təşkil olunmuş hazırlıq çərçivəsində voleybolçularımız Avstriya millisi ilə iki yoxlama oyunu keçiriblər. Oyunların birində 2:2 hesabı qeydə alınıb, digərində isə komandamız 1:3 hesabı ilə məğlub olub. Bu qarşılaşmalarda komandamızın əsas heyətində əsasən gənc voleybolçularımız çıxış ediblər.

Qeyd edək ki, millimiz sabah Qızıl Avropa liqasında ilk rəsmi oyununu Xorvatiya yığmasına qarşı keçirəcək. Birinci mərhələdə komandamızın digər rəqibi isə Slovakiya yığması olacaq.

Həmin kateqoriyadan