Otüstü hokkeyçiləmiz Çex Respublikasını penaltilərlə məğlub etdi

Cənubi Afrika Respublikası paytaxtı Keyptaunda Dünya Hokkey Liqasının 2-ci raundu davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün kişilərdən ibarət millimiz «B» qrupunda 3-cü matçına çıxıb. İlk 2 görüşdən fərqli, otüstü hokkeyçiləmiz Çex Respublikası ilə oyundan qalib ayrılmağı bacarıblar.

Hesabı seçmə komandamız açıb. 11-ci dəqiqədə Şahzad Nasir fərqlənib. 4 dəqiqə sonra rəqib bərabərlik qolunu vurub. Bu hesab qarşılaşmanın sonunadək dəyişməyib. Qaydalara əsasən, tərəflər qalibi penaltilərlə müəyyənləşdirib. Lotoreyada daha dəqiq oynayan millimiz 3:1 qalib gəlib.

Cəmdə 2 xal toplayan Azərbaycan kollektivi qrupda 4-cü olub. Martın 12-də otüstü hokkeyçiləmiz şərti 1/4 finalda «A» qrupunda 1-ci pilləni tutan komanda ilə görüşəcək. 2-ci pilləni tutanlar isə, digər qrupun 3-cüsü ilə üz-üzə gələcəklər. Sonra çərək finalın qalibləri ayın 14-də yarımfinalda qarşılaşacaqlar.

Bürünc medal və final oyunu ertəsi gün baş tutacaq. Həlledici matça vəsiqə qazananlar Dünya Hokkey Liqasının 3-cü raunduna birbaşa vəsiqə qazanacaq.

Həmin kateqoriyadan