- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Basketbolun 3×3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.
Allsport.az xəbər verir ki, cədvəldə ən yaxşı 30 komandası yer alıb.
Azərbaycan dünyada 7-cidir. Millimizin hesabında 353,841 xal var. Ötən siyahıda 6-cı olan komandamız Düsseldorf təmsilçisini özündən önə buraxıb.
Cədvələ Kanada başçılıq edir – 694,993. Fransa (538,857), Çin (472,256), Niderland (414,802), Almaniya (394,524) və “Düsseldorf ZOOS” (371,189) millimizi qabaqlayır.